EURO 2,0865 NEFT 64,93
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.05.2017 12:36:47

Meksikada silahlı şəxslər polisləri qarət ediblər.

İslamazeri.com-un “Universal”-a istinadən verdiyi xəbərə əsasən, Meksikada 3 silahlı şəxs Akupalko şəhərindən paytaxt Mexiko şəhərinə gedən 29 polisi qarət edib.

Meksikanın Milli Təhlükəsizlik üzrə Komissiyasının (CNS) məlumatına əsasən, Akupalko şəhəri Federal Polisinin əməkdaşları bazar ertəsi günü turistik avtobusla Mexikoya gedirdilər. Onların heç birinin üzərində silah olmayıb.

Avtobus yolda xarab olub və sürücü dayanmaq məcburiyyətində qalıb. Hücum edənlər də bu fürsətdən istifadə ediblər. Cinayətkarlar polisləri silahla təhdid edərək, onların qol saatları, mobil telefonları və bel çantalarını götürüblər.

Polislər insident zamanı xəsarət almayıblar. CNS əməkdaşları bildiriblər ki, hücum edənlər barədə araşdırma aparacaqlar.


3 cinayətkar onlarla polisi qarət etdi - MEKSİKADA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şeyx Zəkzaki tərəfdarlarına zülm edən Nigeriya rejimi
    Nigeriya rejiminin ölkənin sülhsevər və xalqı təkfirçi-quldurluq ieologiyasından uzaq saxlayan Şeyx Zəkzaki və tərəfdarlarına zülmü davam edərkən
     22.02.2018
    Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək
    Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ