1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:20.10.2017 17:48:13

İngilis texnologiya mütəxəssisi Ömər Rəhim 25 il ərzində insanların avtomobil sürməsinin qadağan olunacağını iddia edib.

İngilis texnologiya mütəxəssisi Ömər Rəhim 25 il ərzində insanların avtomobil sürməsinin qadağan olunacağını iddia edib.

"Energi Mine" adlı texnologiya firmasının idarəçiliyini edən Rəhim emosianal bir canlı olan insanların avtomobil sürərkən səhv etməyə məhkum olduğunu vurğulayaraq, inkişaf edən texnologiyalarla insanların avtomobil sürmələrinin qadağa ediləcəyi proqnozunu verib.

Barselonada keçirilən "Internet of Things Konqresi"ndə danışan texnologiya mütəxəssisi "Bunu xəyal edin. 20 il sonra kiçik bir uşağa belə mi deyəcəksiniz? Sağanaq yağış altında 110 kilometr sürətlə böyüklər 2 ton ağırlığında bir maşın sürür. Bu hal, indi telefon köşklərinin necə bir şey olduğunu kiçik bir uşağa izah etmək kimi bir şeydir" deyərək gələcəklə bağlı fikirlərini ifadə edib.

Ömər Rəhim həmçinin, insanların avtomobil sürməsinin qadağan edilməsi sayəsində qəzaların azalacağını və alqoritm göstəriciləri ilə yaradılan sistemlərin sürücülərdən çox daha etibarlı olacağını bildirib.

"Tesla"nın icraçı direktoru Elon Mask 2015-ci ildə gələcək avtomobillərin tamamilə robotlar tərəfindən istifadə ediləcəyini söyləmişdi.

"Tesla", "Apple" və "Google" kimi nəhəng firmalar sürücüsüz avtomobillər üçün bir müddətdir işlər görür. "Google"un "Waymo" firması bir neçə həftə içərisində sürücüsüz gedən bir avtomobil satışa çıxaracağını açıqlamışdı.


“25 il ərzində insanların maşın sürməsi qadağan olunacaq” - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ