EURO 1,8796 TRY 0,2939
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:14.05.2019 13:02:05

Bu əlamətdar gün Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçiriləcək.

18 may Beynəlxalq Muzeylər Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Bu əlamətdar gün Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçiriləcək.

Nazirlikdən İslamazeri.com-a verilən məlumata görə, ölkəmizin 12 muzeyi - Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

Tədbirin rəsmi açılışı 17 may saat 17:00-da Park Bulvar AVM-nin I mərtəbəsində olacaq və 19 may tarixinədək bu məkanda davam edəcək. Belə ki, həmin günlərdə qonaqlara Azərbaycan Xalça Muzeyi toxuculuq üzrə ustad dərslər, interaktiv təhsil proqramları, uşaqlar üçün “Cırtdanın nağılı” tamaşası; Azərbaycan Milli İncəsənət Muzeyi “Sənətin Məcnunu” pantomima, Kölgə teatrı, rəssamlıq üzrə ustad dərslər, viktorina; “İçərişəhər” Muzey Mərkəzi interaktiv - xınayaxdı mərasimi və FaceArt, “Bakılı qaqaş” tipajı ilə nərd oyunu, “Şivanşahlar dövlətinin vəziri” ilə şahmat oyunu, Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında konsert proqramı; Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fortepiano konserti, "Detaşe" violinoçular ansamblı, “Şirvan” folklor ansamblı və “Qədim musiqi alətləri” ansamblının ifasında konsert proqramları; Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi klassik musiqi əsərlərindən ibarət konsert proqramı, Səməd Vurğunun Ev-Muzeyi şairin şeirlərindən ibarət musiqi və şeir nömrələri; Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın “O olmasın, bu olsun” operettasından məktəblilərin ifasında səhnə; Bülbülün Memorial Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı; Azərbaycan İstiqlal Muzeyi “Ənənədə aşıq sənəti” adlı Dirili Qurbani Məclisi üzvlərinin ifasında konsert proqramı təqdim olunacaq.


18 may Beynəlxalq Muzeylər Günü təntənəli şəkildə qeyd olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyalı atletlərin beynəlxalq tədbirlərdə iştirakı qadağan edilə bilər
    Rusiyanın laboratoriyada dopinq məlumatlarını saxtalaşdırmaq ittihamına görə beynəlxalq yarışlarda iştirakına dörd illik qadağa qoyula bilər.
     09.12.2019
    Növbədənkənar parlament seçkiləri üzrə təşviqat kampaniyası yanvarın 17-də başlayacaq
    Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
     07.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ