1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:14.02.2018 10:02:30

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant vəzifə), Təhsil Nazirliyi (8 vakant vəzifə),Dövlət Statistika Komitəsi (2 vakant vəzifə), Maliyyə Nazirliyi (1 vakant vəzifə) və Səhiyyə Nazirliyi (1 vakant vəzifə)) mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır. 

“Dövlət qulluğu haqqında” qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini martın 4-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.


165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ