EURO 2,0209 NEFT 56,24
USD 1,7007 RUB 0,0292
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:19.05.2017 15:19:04

"Hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır."

"Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək".

Lent.az xəbər verir ki, bu barədə Report-a azərbaycanlı idmançı-atıcı, IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunyovun anası İradə Aşumova bildirib.

"Onlar bu pulları qazanıb, axı söhbət medallardan gedir. Medalda heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hamsı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm", - İ.Aşumova vurğulayıb.

Onun sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır.

Xatırladaq ki, İslamiadada hər qızıl medala görə azərbaycanlı idmançı 150 min manat mükafat alacaq. Eyni zamanda, onların məşqçiləri məbləğin 50%-ni qazanacaq. Qeyd edək ki, Ruslan Lunevin məşqçisi atası Vladimir Lunevdir.

R.Lunevin daha əvvəlki müxtəlif idman yarışlarında elə də yüksək olmayan göstəriciləri fonunda İslamiadada 5 qızıl medal qazanması məsələsini şərh edən İ.Aşumova oğlunun ötən il Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında ilk dəfə çıxış etdiyini söyləyib.

"O, 15-ci oldu. Bizim üçün bu, əlbəttə, uğurlu çıxışdır. 26 yaşında, ilk dəfə Olimpiadada iştirak edə-edə, iki dəfə 15-ci yeri tutmağı normal qarşıladıq. Bunun uğurlu çıxış olduğunu hesab edirik. O, fevral ayında Hindistanda üçüncü yeri tutub, Sloveniyanın Maribor şəhərində keçirilən Avropa çempionatında digər idmançımız Nigar Nəsirova ilə miks şəklində üçüncü olublar", - İ.Aşumova qeyd edib.

Onun sözlərinə görə, R.Lunev Dünya Kubokunda iştirak etmək üçün artıq Almaniyanın Münhen şəhərinə yollanıb.


1 milyon qazanan idmançımızdan nümunəvi addım

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneinin müşaviri: Trampın çıxışı İran qarşısında almış olduğu məğlubiyyətlərin kompensasiya edilməsi məqsədilədir
    İran İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin beynəlxalq işlər üzrə müşaviri Əli Vilayəti ABŞ Prezidenti Donald Trampın BMT-dəki çıxışının bu ölkənin İran İslam Respublikası qarşısında almış olduğu məğlubiyyətlərin kompensasiya edilməsi məqsədilə edildiyini deyib.
     21.09.2017
    Deyr əz-Zorda 850 İŞİD terrorçusu öldürüldü
    Rusiya Müdafiə Nazirliyinin verdiyi bəyanatda, Suriyanın Deyr əz-Zor bölgəsində 850 terrorçunun öldürüldüyünü bildirib.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ