1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:22.02.2017 11:11:49

İslamazeri.az-ın "Din" rubrikasından...

"(Saxta məddah) Deyir: Həsənin (ə) adı bir nöqtəlidir, Hüseynin (ə) adı bir nöqtəlidir, Fatimənin (s.ə) adı bir nöqtəlidir, Zeynəbin (s.ə) adı beş nöqtəlidir. Deyirəm "Ey ağılsız, Zeynəbin (s.ə) adında beş nöqtə var deyirsən, bu sözündə nə məntiq var? Bəs siz əzadarlar (bu cür saxtakarların saxta sözlərinə) niyə ağlayırsız? Saxtakar digər məddah deyir: "Abbasdan danışım", - deyirəm "danış". (Yenə yalanlarını işə salır) Deyir: "Abbas (s.ə) anasına hamilə olanda anasını qaldırıb yerə çırpırdı (anası ilə güləşirdi) (nəuzibillah). Bu komediyalar harda yazılıb?  Sən (və sənin kimi yalançı məddahlar) hansı haqla Əhlibeyt tərəfdarlarının - şiələrin abırını aparırsan? Sən niyə din adına komediya düzəltmisən? Bəs sən cavan bu cür lətifələrə qulaq asıb fəryad edirsən? Dörd nəfər savadsız (məclis idarə edən) dinin adına, İmam Hüseyn (ə) adına ürəkləri istəyəni edirlər. Sən də onların dediklərinə qulaq asıb ağlayırsan? Fikirləşmirsiz ki, bunları hardan deyir? Hansı sənədə əsasən deyir? Hamısı siz dinləyicilərin günahıdır. Siz sinə vuranların günahıdır. Siz o saxtakarlara ixtiyarı verirsiz, onlar da ağıllarına gələni edirlər. Sizsiz günahkar. İmam Hüseyn (ə) sizdən şikayətçi olacaq (etiraz etmədiyinizə görə)."

Höccətül- İslam Mehdi Danəşmənd


1 dəqiqəlik moizə: Saxta məddahlara siz ixtiyar verirsiniz...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ