EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:07.03.2017 10:23:38

İslamazeri.az-ın "Din" rubrikasından...

"İnsanlar ya "fovz"dadırlar, yəni nicat tapıblar və xeyrə qovuşublar, ya da bataqlıqda və çirkabda çabalayırlar. Qurani-kərim buyurur: "Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır)". Onlar yüksəlirlər və feyzdədirlər, tövhid vasitəsilə səadətə çatırlar.
Bir qrup da "xovz"da, yəni bataqlıqdadır. "Sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər)" Daim batırlar. İnsan dünya və onun nemətlərində, öz nəfsi istəklərində batır. Bəzən batil söz və danışıqlarında "xovz" və bataqlığa düçar olur.
Xovz və bataqlığı o kəslər barədə işlədirlər ki, gedirlər və bir daha qayıtmırlar. Gedib, yenidən öz vətəninə, əvvəlki yerinə qayıdana "əvvab" (Allaha sığınan) deyirlər. Məsələn, Quran həzrət Süleyman (ə) barədə buyurur:
"Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi"
Həmçinin, həzrət Əyyub (ə) barədə buyurur:
"Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi"
Belə şəxslər, həmin bu dünyada yaşayırlar, dərs oxuyurlar, ticarət edirlər, amma bataqlığa düşmürlər, "Allaha sığınırlar" və "nə gözəl" bəndə olurlar. Yəni daim Allaha və həqiqi yerlərinə doğru hərəkət edirlər.
Amma bataqlıqda olan kəs, belə deyil və bütün varlığı ilə batır. Ağac kimi başını yerə batırır. Ağacdan yuxarıda qalan onun budağıdır. Ağacın kökü onun başıdır və o da torpaqdadır. Əgər kök qurusa, budaq və yarpaq da quruyacaq. Bəzən insan da ağac kimi başını torpaqa salır və onun təkcə budaq və yarpağı çöldə qalır. Ev, həyat yoldaşı, övlad, sərvət, məqam və bu növdən olan hər bir şey, insanın həqiqəti deyil, onun həyatının budaq və yarpağıdır. Bəzən insanın fikir və düşüncəsi torpaq iyi verir və torpaqla bir olur. Ona görə də danışdığı söz də torpağa qayıdır."

Ustad Füruği


1 dəqiqəlik moizə: İnsan dünya və onun nemətlərində, öz nəfsi istəklərində batır...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ