1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:24.02.2017 13:06:42

İslamazeri.az-ın "Din" rubrikasından...

Deyilənlərə görə, günlərin birində Sultan Mahmud səhrada bir çobanı görür. Çobanın adı Ayaz idi. Sultan onun qabiliyyətli bir şəxs olmasını başa düşür. Sultan Ayazı saraya gətirib, onu sədri-əzəm təyin etdi və ölkənin bütün ixtiyarını ona tapşırdı. Bu məsələ sarayda uzun müddət izzət və ağalıqla yaşayan bəziləri üçün çox ağır gəldi. Necə ola bilərdi ki, sadə bir çoban bir dəfəyə belə bir məqama sahib olsun?!

Xülasə, böhtan və iftira atıb dedilər ki, Ayaz öz məqamından sui-istifadə edib və sərvət toplayıb. Hər gün sübh otağa daxil olur və onu içəridən qıfıllayır, heç kəsin daxil olmasına icazə vermir. Onun bu otağa daxil olmasında bir sir vardır.

Bu söz Sultan Mahmuda ağır gəldi. Çünki o Ayazı çox istəyirdi. Gecə vaxtı müharibə sərdarları ilə otağın qapısını sındırıb otağa girdi. Gördülər ki, otaqda bir yapıncı və qoyun dərisindən hazırlanmış bir cüt çarıqdan başqa bir şey yoxdur. Sultan Mahmud Ayazın gətirilməsini əmr etdi. Ayaz gəldikdən sonra sultan ondan soruşdu:

- Ayaz, otağın içinə yapıncı və çarığı nə üçün qoymusan? Hamı da elə bilir ki, sən burada xəzinə gizlətmisən! Ayaz dedi:

- Hər gün bu otağa daxil oluram və öz-özümə deyirəm: Ey Ayaz, bir yapıncın və bir çarığın var idi. Bu mülk və səltənət sənin deyil. Olmaya, məğrur olasan, qəflətə düşəsən və tüğyan edəsən! Hər gün burada otururam və bir saat özümü nəsihət edirəm.

Ustad Füruği


1 dəqiqəlik moizə: Çobanlıqdan Sultan Mahmudun vəzirliyinə yükəsələn Ayaz

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşına
    Bu maşından 1971-1977- ci illərdə 134867 ədəd istehsal edilib.
     27.07.2017
    Kamran Ağayev Avroliqa uğrunda mübarizə aparan kluba keçdi
    Mlada Boleslav şəhərinin eyni adlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" ilə görüşlər üçün sifariş edib.
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ